Rusiya futboluna səs-küy salan Qəhrəmanzadə kimdir? - FOTOLAR

Rusiya futboluna səs-küy salan Qəhrəmanzadə kimdir? - FOTOLAR

Azərbaycanlı qadın futbolçu Violetta Fərhad qızı Qəhrəmanzadə Rusiya idmanına səs-küy salıb.

"Mediasport" xəbər verir ki, Moskva “Spartak”ının hücumçusu Rusiya Qadınlar Gənclər Liqasının 25-ci turunun “Yenisey”lə görüşündə 8 qol vurması ilə diqqət mərkəzinə düşüb.

18 yaşlı oyunçu paytaxt təmsilçisinin krasnoyarsklıları 13:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra Rusiya idman mətbuatının gündəminə çıxıb.

Onu 1993-cü ildə Moskva “Spartak”ının heyətində "Rekord"un qapısından 8 top keçirən əfsanəvi hücumçu Andrey Tixonovla müqayisə ediblər.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü həmyerlimiz haqqında internet resurslarında geniş məlumat yoxdur.

Lakin futbolda ilk addımlarını atdığı Volqoqrad şəhərində yaşayan Fərhad Qəhrəmanzadə adlı azərbaycanlı iş adamının qızı olduğu ehtimal edilir.