İstedadlı azərbaycanlı İspaniya Superliqasında çıxış edəcək - FOTO

İstedadlı azərbaycanlı İspaniya Superliqasında çıxış edəcək - FOTO

İspaniyanın "Rayo Valyekano" klubunda oynayan azərbaycanlı Turan Qasımlı Superliqada çıxış etmək hüququ qazanıb.

"Mediasport" xəbər verir ki, bu barədə yeniyetmə futbolçunun atası Cəmşid Qasımov sosial şəbəkə hesabından paylaşım edib.

Superliqa İspaniyada aşağı yaş qruplarının çıxış etdiyi ən mötəbər və peşəkar turnirdir.

15 yaşlı Turanın rəsmi sənədləri formasını geyindiyi "Rayo Valyekano" klubu tərəfindən hazırlanıb, gənc istedada lisenziya verilib.

Qeyd edək ki, Turan İspaniyada daha əvvəl "Malaqa" və "Xetafe"də forma geyinib.