Medina xalça toxumağa başladı
“Qarabağ” Futbol Klubu ilə “Azərxalça” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
"Mediasport" xəbər verir ki, imzalanma mərasimi “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda baş tutub.
Memorandumu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl imzalayıblar.
Sənəddə Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, “Qarabağ” klubunun brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olunub.
Tədbirə komandanın əsas futbolçuları da qatılıblar. "Atlılar"ın aparıcı legionerlərindən kolumbiyalı Kevin Medina Azərbaycan xalçası toxumağa cəhd edərək bu sənətlə yaxından tanış olub.
