Şirvanda mərkəzi oyunu qazanıb liderliklərini möhkəmləndirdilər
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 12-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, mərkəzi matç Şirvanda baş tutub.
Eyniadlı komandanın qonağı olan lider "Qaradağ Lökbatan" son saniyələrdə qələbə topunu vurmaqla 3 xalı təmin edib.
Zirvədəki mövqeyini möhkəmləndirən lökbatanlıların ən yaxın izləyicisi "Marafaon" da "Difai"yə şans verməyib.
Turun “Zəngəzur” - "Dinamo" matçı birincilərin UEFA Region Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.
Azərbaycan 2-ci Liqası. 12-ci tur
22 noyabr (bazar)
“Şəki” – “Kür-Araz” 1:3
Şəki şəhər stadionu, 14:00
“Ağstafa Gəncləri” – “Hypers” 0:2
Ağstafa şəhər stadionu, 14:30
“Şirvan” – “Qaradağ Lökbatan” 0:1
Şirvan OİK stadionu, 14:30
23 noyabr (bazar ertəsi)
“Şəmkir” – “Ağdaş” 2:0
Şirvan OİK stadionu, 14:00
“Difai” – “Marafon” 0:3
“Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00

