"Neftçi”nin məşqçisi qəzaya düşdü: Maşınını vurub qaçdılar - FOTO

"Neftçi”nin məşqçisi qəzaya düşdü: Maşınını vurub qaçdılar - FOTO

“Neftçi” futbol klubunun məşqçisi qəzaya düşüb.

"Mediasport" "Avtosfer"ə istinadən xəbər verir ki, hadisə paytaxtın “20 Yanvar” dairəsində baş verib.

Klubun məşqçisi Babək Həsənov bildirib ki, idarə etdiyi avtomobillə “20 Yanvar” dairəsində hərəkətdə olan zaman, 90-KC-160 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü onun avtomobilini vuraraq hadisə yerindən yayınıb.

Zərərçəkmiş sürücü qəza törədən avtomobili dayandırmağa çalışsa da, bu, mümkünsüz olub.

Qeyd edək ki, sürücü hadisə ilə bağlı Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə şikayət ünvanlayıb.