Dünya çempionluğuna görə ABŞ-yə 15 milyon dollar vergi ödəyəcək

Dünya çempionluğuna görə ABŞ-yə 15 milyon dollar vergi ödəyəcək

Futbol üzrə İspaniya milli komandası Dünya Kubokunda qazandığı mükafata görə ABŞ-yə külli miqdarda vergi ödəyəcək.

"Mediasport" xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, pireneylilər qazancın 30 faizə yaxınını - təxminən 15 milyon dollar vergi ödəməli olacaqlar.

Məlumata görə, FİFA adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılaşma imzalasa da, ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını sərhədləri ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib.

Qeyd edək ki, ispanların çempionluğa görə qazancı təxminən 51 milyon dollar həcmindədir.