Meydana daxil olan kənar şəxs “Sabah”ı 6500 manat ziyana saldı

 Meydana daxil olan kənar şəxs “Sabah”ı 6500 manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, Premyer Liqanın 29-cu turunun "Sabah" - "Karvan-Yevlax" matçında qeydə alınan qayda pozuntularına görə cəzalar açıqlanıb:

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

 27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

 27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun  “Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);