"Şamaxı"dan ayrılan serbiyalı Finlandiya klubuna keçdi - RƏSMİ

Premyer Liqa klubu "Şamaxı" ilə vidalaşan Vasiliye Bakiç Finlandiya təmsilçisinə keçib.
"Mediasport" xəbər verir ki, 25 yaşlı müdafiəçi "İlves" klubuna keçib.
Serbiyalı 2024-25 mövsümündə bölgə klubunun heyətində 23 oyuna çıxıb və 1 qol vurub.