Venesuelada keçiriləcək dünya çempionatında onlar yarışacaq

 Venesuelada keçiriləcək dünya çempionatında onlar yarışacaq

Venesuelanın paytaxtı Karakasda keçiriləcək şahmat üzrə U-20 dünya çempionatında Azərbaycanı iki zəka sahibi təmsil edəcək.

"Mediasport" xəbər verir ki, yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova mübarizə aparacaqlar.

Mundial 18-27 noyabr aralığında baş tutacaq.