Azərbaycan milli komandalarının AÇ üçün heyətləri açıqlandı

Oktyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək şahmat üzrə Azərbaycan milli komandalarının heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli yarışacaq.
Komandanın kapitanı Teymur Rəcəbov olacaq.
Qadın şahmatçılarımızdan isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət mübarizə aparacaq.
İlahə Qədimova kapitanlıq daşıyacaq.
Qitə birinciliyi oktyabrın 5-də başlanacaq.