Tbilisidən 5 medalla qayıdırlar

 Tbilisidən 5 medalla qayıdırlar

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "WTT Youth Contender Tbilisi 2026" turnirində 5 medal qazanıblar.

Bu barədə "Mediasport"a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb.

Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş kateqoriyasında bürunc medala sahib çıxıblar.