Səmərqənd turnirinin mükafat fondu 625 min dollara qaldırıldı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabrın 3-15-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək və İddiaçılar turnirinə seçmə xarakteri daşıyacaq "Grand Swiss" turnirinin reqlamentində dəyişikliklər edib.
"Mediasport" xəbər verir ki, yarışın mükafat fondu 460 min dollardan 625 min dollara çatdırılıb.
Qadınların yarışında isə bu rəqəm 140 min dollardan 230 min dollara artırılıb.
Turnirdə iştirakçıların sayı da çox olacaq. Qadın iştirakçılara əlavə 6 yer veriləcək ki, ümumi say 56 olacaq.
Dörd qadın şahmatçı 2025-ci ilin iyun ayında mövcud reytinq əsasında seçiləcək, iki yer isə təşkilatçılar tərəfindən veriləcək.