Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi 17-24 noyabrda İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.

Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

12 komandanın qatılacağı DÇ-də Azərbaycan yığması A qrupunda FİDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru şahmatçıları ilə mübarizə aparacaq.

B qrupunda Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan milliləri yarışacaq.

Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaq. Komandanın kapitanı İlahə Qədimova olacaq.