Millimiz Türkiyəyə yollandı

  Millimiz Türkiyəyə yollandı

İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandası III MDB oyunlarına hazırlıq məqsədilə Türkiyəyə yollanıb.

"Mediasport" xəbər verir ki, yığmamız 21-24 avqust aralığında İstanbulda təşkil olunacaq "Uluslararası Marmara Cup Turnuvası" beynəlxalq yarışında gücünü sınayacaq.

Yığmamız avqustun 25-dən 31-dək "Gənclik Kampı" təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.