Azərbaycanın gənc idmançısı BƏƏ turnirində qızıl medal qazandı

 Azərbaycanın gənc idmançısı BƏƏ turnirində qızıl medal qazandı

Azərbaycanın gənc karateçisi Xədicə Qasımova İdmançı Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz "Karate1 Gənclər Liqası" turnirində U-14 kateqoriyası üzrə çempion olub.

Qasımova Füceyra şəhərində baş tutan yarışda qızıl medalı 52 kq çəki dərəcəsində qazanıb.