Avropa çempionu olan Mədinə Sadıqova tarixi ilkə imza atdı

Avropa çempionu olan Mədinə Sadıqova tarixi ilkə imza atdı

Mədinə Sadıqova Almaniyada keçirilən karate üzrə Avropa çempionu olub.

"Mediasport" xəbər verir ki, -55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda türkiyəli İm Zümra Rezzanı məğlub edərək (9:6) qızıl medala yiyələnib.

O, Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.