Millimiz Kiprdə keçirilən Avropa birinciliyindən 6 medalla qayıtdı
Azərbaycanın yeniyetmə və gənc karateçiləri Kiprin Limassol şəhərində keçirilən Avropa birinciliyində uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, milli komandamız 50-yə yaxın ölkədən 1500 idmançının iştirak etdiyi qitə turnirində 6 medal qazanıb.
Ələddin Məlikov 68 kq) gənclər arasında qızıl, Vüsal Qənbərov (55 kq) gümüş, Salman Salmanov kata növündə, Cansu Əhmədzadə (66 kq), Rəvan Abasov (61 kq) və Aslan Dostuyev (60 kq) isə gənclər arasında bürünc mükafata sahib çıxıblar.
Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub.
