Karateçilərimizdən Avropa çempionatında uğurlu nəticələr

Karateçilərimizdən Avropa çempionatında uğurlu nəticələr

Azərbaycan karateçiləri Rumıniyanın Timișoara şəhərində keçirilən qocyu-ryu üzrə XXI Avropa çempionatı və birinciliyində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Nurlan Quliyevin rəhbərlik etdiyi kollektivdə məşqçilər - Azər Aslan, Elşən Xamoyev, Röya Səfərov, Elmin İsayev, Qadir Hüseynov və Ruslan İsmayılov öz yetirmələri ilə birlikdə müxtəlif yaş və çəki dərəcələrində nümunəvi çıxışlar göstəriblər.

Mikayıl Nağıyev, Əli Məmmədzadə, Elvin Həşimli, Ömər Bəkir, Viktoriya Qrizmin və Əlmədət Mikayılov fəxri kürsünün ən yüksək pilləsinmə qalxıblar.

Qeyd edək ki, Elşən Xamoyev və Ruslan İsmayılov həm də hakim kimi yarışda təmsil olunublar.