Millimizin futbolçusu Avropa çempionatının ən yaxşısı seçildi

Azərbaycanın çimərlik futbolu millisinin üzvü Orxan Məmmədov Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) ən yaxşı futbolçusu seçilib.
"Mediasport" xəbər verir ki, Ramil Əliyev isə 5 qolla bombardir olub.
Qeyd edək ki, seçmə mərhələdə ikinci pilləni tutan milli Avropa Superfinalına vəsiqə qazanıb.
Superfinal sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.
Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.