"Zirə" klub tarixində vurduğu qolların sayını 500-ə çatdırdı

 "Zirə" klub tarixində vurduğu qolların sayını 500-ə çatdırdı

“Zirə” 500-cü qolunu vurub.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, klub tarixinin yubiley topu Premyer Liqanın 5-ci turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “qartallar"ın 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komanda neytral meydanlarda 2 dəfə sevinib.

Qeyd edək ki, 2014-cü ildə yaranan "Zirə"nin ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.