"Sabah"dan ayrılan Nuriyev Azərbaycanın bu klubuna keçdi

"Sabah"dan ayrılan Nuriyev Azərbaycanın bu klubuna keçdi

"Sabah"dan ayrılan Anatoli Nuriyevin yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi “Zirə”yə keçib.

29 yaşlı ukraynalı ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Azərbaycan yığmasının üzvü daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.