"Neftçi" BƏƏ toplanışını inamlı qələbə ilə başa vurdu
Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində davam etdirən “Neftçi” üçüncü – sonuncu yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşıb.
Görüş təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını Andrey Ştoqrin, Bassala Sambu və İqor Ribeyro vurublar.
Xatırladaq ki, "Neftçi” toplanışda Kayrat”a (Qazaxıstan) qalib gəlib (3:0), “Piramids”lə (Misir) bərabərə (1:1 qalıb.
