Zamiq və Cəlalın komandaları KL-də mərhələ keçdilər - VİDEOLAR

Zamiq və Cəlalın komandaları KL-də mərhələ keçdilər - VİDEOLAR

Azərbaycanlı futbolçular Zamiq Əliyev və Cəlal Hüseynovun komandaları UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

"Mediasport" xəbər verir ki, Zamiqin formasını geyindiyi "Eqnatiya" "Dinamo"nu (Minsk, Belarus) mübarizədən kənarlaşdırıb (1:0, 2:0).

Cəlalın uğurları üçün çalışdığı "Arda" isə "Helsinki"dən (Finlandiya) üstün olub (0:0, 2:2, pen., 4:3).

Həm Zamiq, həm də Cəlal oyuna start heyətdə başlayıblar. Əliyev 86-cı dəqiqədə əvəzlənib. Hüseynov 120 dəqiqə meydanda olub.