"Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazandıq
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar.
Bu barədə "Mediasport"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Təmsilçilərimiz 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.
Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı yarışıb.
Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.

