AFFA İntizam Komitəsi "Kəpəz"ə 3200 manat cərimə kəsdi

AFFA İntizam Komitəsi "Kəpəz"ə 3200 manat cərimə kəsdi

AFFA İntizam Komitəsi Kəpəz" 3200 manat cərimə edib.

"Mediasport" xəbər verir ki, Gəncə klubu Premyer Liqanın 34-cü turunun "Sumqayıt"la görüşündə 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.

"Sarı-göylər" bundan başqa, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 1000 manat , oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə 1500 manat ziyana düşüb.

Matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun “Sabah” – “Şamaxı” oyununda isə əsasnamənin tələbləri pozulduğu üçün meydan sahibləri 500 manat cərimə ödəyəcəklər.