"Neftçi" milli komandanın hüçumçusunu transfer etdi

"Neftçi" növbəti transferi reallaşdırıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Lüksemburq millisinin futbolçusu Alessio Kurçini heyətinə qatıb.
23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Franş Borayn” (Belçika) olub.
O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.