Sabiq FİFA hakimi köməkçisi "Qarabağ"ın baş məşqçisi oldu
"Qarabağ" futbol klubunda ilk dəfə Qadın Futbolu Departamenti və qadın komandası yaradılıb.
Ağdam təmsilçisindən "Mediasport"a verilən məlumata görə, departamentə rəhbər klubun beynəlxalq əlaqələr üzrə meneceri Vüsal Həsənov təyin edilib.
"Atlılar"ın ilk qadın komandası - U-12 isə keçmiş FİFA hakimi köməkçisi Gülyana Özcana tapşırılıb.
O, daha əvvəl "Şəfa"nın qızlar komandasının baş məşqçisi olub.
AFFA-nın "Playmakers” layihəsində uzun müddət təlimatçılardan olmuş Gülyana Özcan hazırda 220 nömrəli məktəbdə bədən tərbiyəsi müəllimi işləyir.
Komanda UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Özcanın rəhbərliyi altında yeni mövsüm U-12 Qızlar Liqasında mübarizə aparacaq.

