"Qəbələ" kapitanla da vidalaşdı

"Qəbələ" kapitanla da vidalaşdı

“Qəbələ” daha bir futbolçu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi kapitan Murad Musayevlə başa çatan müqaviləni yenilənməyib.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib. 

M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub. 

O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.

Xatırladaq ki, şimallılar daha əvvəl İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov və Sambu Sissokonu yola salıblar.