Nazim Sadıxovun UFC-də növbəti rəqibinin kimliyi məlum oldu
Azərbaycanlı döyüşçü Nazim Sadıxovun UFC-də növbəti rəqibi və görüşünün vaxtı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 32 yaşlı idmançı braziliyalı Cefferson Nasimentu ilə üz-üzə gələcək.
UFC 334 turnirində yüngül çəki dərəcəsində baş tutacaq döyüş noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.
Xatırladaq ki, Sadıxov kimi, cənubi amerikalının da son döyüşü iyunun 27-də Bakıda "UFC Fight Night" turnirində olub.
Braziliyalı debütdə həmyerlimiz Tahir Abdullayevə uduzub, Sadıxov isə braziliyalı Mateus Kamilonu texniki nokautla məğlub edib.
Ümumilikdə həmyerlimizin UFC-də 4 qələbə, 2 məğlubiyyət və 1 heç-heçəsi var.


