Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibləri ilə görüşdü

Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibləri ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarının qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.

"Mediasport" xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf komanda üzvlərini qələbə münasibətilə təbrik edib.

SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.

Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.