"Neftçi"dən ayrılan daha bir legionerin adı məlum oldu
"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.
Paytaxt təmsilçisi sol cinah yarımmüdafiəçisi Luis Ortislə vidalaşıb.
23 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Paraqvaylı 2025/2026 mövsümündə "ağ-qaralar"ın heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
"Neftçi" Ortisi 2025-ci ilin yayında Paraqvayın "Sportivo Ameliano" klubundan 1 illik icarəyə götürmüşdü.
Bakılılar buna qədər Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə sağollaşıblar.
Klubun yetirməsi Murad Məmmədov isə Kiprə ("Pafos") yollanıb.
Mediasport.com.az


