"Turan Tovuz" "Şamaxı"ya uduzdu, "Qarabağ"dan "İmişli"yə 3 cavabsız qol

"Turan Tovuz" "Şamaxı"ya uduzdu, "Qarabağ"dan "İmişli"yə 3 cavabsız qol

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Qarabağ" "İmişli"ni 3 qolla yola salıb, "Turan Tovuz" isə "Şamaxı"ya uduzub.

Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Araz-Naxçıvan" isə "Kəpəz"i (2:0) məğlub edib.

Tura sabah baş tutacaq "Zirə" - "Sumqayıt" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası. 32-ci tur

16 may

"Şamaxı" - "Turan Tovuz" 3:2

Hakimlər: Ruslan Quliyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rəvan Həmzəzadə.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Şamaxı şəhər stadionu.

"Qarabağ" - "İmişli" 3:0

Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.

VAR: Əliyar Ağayev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu.