"Qəbələ" Fransa millisinin keçmiş futbolçusunu transfer etdi

"Qəbələ" Fransa millisinin keçmiş futbolçusunu transfer etdi

“Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

“Mediasport” xəbər verir ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren”in formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.