AFFA Premyer Liqa klublarını 30 min manatdan çox cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında yarışan 4 klubunu cəzalandırıb.
"Mediasport" xəbər verir ki, bu gün keçirilən toplantıda "İmişli", "Kəpəz", "Neftçi" və "Sumqayıt"ın cərimələri açıqlanıb.
20-ci turun "Kəpəz" – "Neftçi" matçında meydan sahiblərindən Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimə edilib.
"Kəpəz" azarkeşlərinin rəqibin ünvanına kütləvi təhqirləri cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün daha 8000 manat cərimə ödəyəcək.
"Neftçi" də azarkeşlərinin təhqiramiz ifadələrinə görə 8000 manat cərimə olunub.
"Araz-Naxçıvan" – "Sumqayıt" matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 700 manat cərimə edilib, qonaqlardan Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalandırılıb, klub 3000 manat ziyana düşüb.
Bundan əlavə, "Sumqayıt" azarkeşləri rəqib komandanı və hakimləri kütləvi şəkildə təhqir etdikləri üçün klub daha 6000 manat cərimələnib.
"Qarabağ"la matçda "İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bölgə təmsilçisi 2500 manat cərimə edilib.
Aranlılar 2500 manatı da fasilədə meydana kənar şəxsin daxil olmasına görə ödəyəcək.
