"Neftçi"dən ayrılan yarımmüdafiəçi 1-ci Liqa klubunda oynayacaq

"Neftçi"dən ayrılan yarımmüdafiəçi 1-ci Liqa klubunda oynayacaq

"Neftçi"dən ayrılan Rəhman Hacıyevin yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, 32 yaşlı vinger karyerasını "Səbail"də davam etdirəcək.

Premyer Liqanı tərk edən Bayıl klubu təcrübəli futbolçu ilə anlaşdığını açıqlayıb.

Müqavilənin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, tarixə qovuşmuş "Bakı"nın yetirməsi olan Rəhman 2015-ci ildən "Neftçi"yə məxsus olub.