AFFA İntizam Komitəsindən Ramiz Məmmədov və klubuna ağır cəza

AFFA İntizam Komitəsindən Ramiz Məmmədov və klubuna ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada yarışan "Mingəçevir" və baş məşqçisi Ramiz Məmmədov haqda ağır cəza qərarı çıxarıb.

"Mediasport" xəbər verir ki, təcrübəli mütəxəssis 4 oyunluq diskvalifikasiya edilib.

Buna Məmmədovun 15-ci turun "Şəfa" ilə matçının 45-ci dəqiqəsində hakimi söyməsi səbəb olub.

Bölgə komandasına 3000 manat cərimə kəsilib.

Xatırladaq ki, dünən Binədə keçirilmiş görüş 2:2 hesabı ilə başa çatıb.