1-ci Liqada mövsüm yekunlaşdı: Pley-off oynayacaq klub məlumdur

1-ci Liqada mövsüm yekunlaşdı: Pley-off oynayacaq klub məlumdur

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 27-ci turun ikinci oyun günündə 3 matç keçirilib.

Çempion və Premyer Liqaya vəsiqə qazanan kollektivlər daha əvvəl müəyyənləşdiyindən son tur yalnız 2-ci Liqanın 4-cü komandası ilə pley-offda meydana çıxacaq rəqibin adı dəqiqləşib.

Beləliklə, çempion "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya yüksəlib, sonuncu pillədə qərarlaşan "Qaradağ Lökbatan" 2-ci Liqaya düşüb, 9-cu olan "Difai" isə 2-ci Liqanın 4-cü komandası ("Hypers Guba") ilə pley-offda üz-üzə gələcək.


Azərbaycan 1-ci Liqası. 27-ci tur


22 may (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3

Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Lökbatan OİK stadionu, 17:00

 
“Mingəçevir” – “Karvan” 2:1

Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

 Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00


 23 may (cümə)

“Cəbrayıl” – “Zaqatala” 1:0

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Namiq Əliyev

“ASCO Arena”, 15:00 


“Baku Sporting” – MOİK 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Binə qəsəbə stadionu, 15:00


“Difai” – “İmişli” 1:3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Şamaxı OİK stadionu, 15:00