"Karvan-Yevlax"dan 2 yeni transfer
Yeni mövsümə futbol üzrə Azərbaycan 1-ci Liqasında başlayacaq “Karvan-Yevlax” heyətini yeni futbolçularla gücləndirib.
"Mediasport" xəbər verir ki, aranlılar qapıçı Əkpər Vəliyev və müdafəçi Elçin Mustafayevi transfer ediblər.
Hər ikisi ilə 1 illik müqavilə bağlanıb.
Karyerası ərzində “Cəbrayıl” və “Şamaxı”da forma geyinmiş Vəliyev son mövsümü MOİK-də keçirib.
Elçin Mustafayev isə "Şamaxı", "Araz-Naxçıvan" və “Mingəçevir”də oynayıb.


