"Neftçi"dən azarkeşlərinə JEST

 "Neftçi"dən azarkeşlərinə JEST

Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Sabah"ın qonağı olacaq "Neftçi" azarkeşlərinə jest edib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" oyunu izləmək istəyən azarkeşlər üçün avtobuslar ayırıb.

Komandaya tribunadan dəstək olacaq fanatlar ekspres avtobuslardan istiofadə edə biləcəklər.

"Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da başlanacaq.