Avropa çempionatı və Avropa Kuboku yarışları Bakıda olacaq

Avropa çempionatı və Avropa Kuboku yarışları Bakıda olacaq

Növbəti ay Bakıda bilyard üzrə 2 beynəlxalq turnir baş tutacaq.

"Mediasport" xəbər verir ki, iyulun 5-dən 8-dək sərbəst piramida növü üzrə Avropa Kuboku keçiriləcək.

Paytaxtımız 8-12 iyulda isə Avropa Çempionatına ev sahibliyi edəcək.

Bu turnirlər Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyilə təşkil olunacaq.