"Neftçi" mövsümlərarası fasilədə 10-cu transferini rəsmiləşdirdi

"Neftçi" mövsümlərarası fasilədə 10-cu transferini rəsmiləşdirdi

“Neftçi” növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, “ağ-qaralar” Kənan Piriçi heyətinə qatıb.

Bosniya və herseqovinalı qolkiperlə 2 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, 31 yaşlı futbolçunun son iş yeri Türkiyənin "Antalyaspor" klubu olub.

Paytaxt təmsilçisi onadək Sessi D Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Fərəc, Cordan Rezabala, Freddi Varqas və Kristian Kostinlə güclənib.

Komanda Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Rafael Quzzo, Robert Bauer, Yeqor Boqomolski, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi, İsmayıl Zülfüqarlı və Alfa Konte ilə vidalaşıb.