Azərbaycan klubu belaruslu mütəxəssislə müqavilə bağladı
Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu posta Sergey Kambur gətirilib.
Belaruslu mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
“Qarabağ”ın sabiq baş məşqçisi Gülnarə Nağıbəyova isə komandada birinci köməkçi məşqçi vəzifəsini icra edəcək.
