NTD, "Sumqayıt" və "Quba"dan davam, "Sərhədçi" dən yeni seçim

 NTD, "Sumqayıt" və "Quba"dan davam, "Sərhədçi" dən yeni seçim

Azərbaycan Basketbol Liqasında yarışan 4 komandanın yeni mövsümə hansı baş məşqçinin rəhbərliyi ilə hazırlaşacağı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, NTD, "Sumqayıt", "Quba" və "Sərhədçi" çalışdırıclarını açıqlayıb.

Birincilər Tahir Baxşıyev, "Gənclik şəhəri" təmsilçisi Vadim Kuramşın, şimallılar Şəhriyar Əsgərovla yeni müqavilə bağlayıblar.

Anar Sarıyev isə "sərhədçilər"in yeni baş məşqçisi təyin edilib.