"Göstərdiyimiz performansla qürur duyuruq" - Yığmamızın məşqçisi
"Bu oyunlardan sonra danışmaq çətindir, amma ilk növbədə demək istəyirəm ki, oyunçularımla çox qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi".
"Mediasport" xəbər verir ki, bunu 3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ratomir Deliç deyib.
Serbiyalı mütəxəssis komandamızın dünya çempionatında əldə edilmiş dördüncülüyü haqda fikirlərini bölüşüb:
"Komandamla çox qürur duyuram. Biz oyundan oyuna inkişaf etdik, yarış boyunca daha da yaxşılaşdıq və hər gün daha güclü komanda kimi görünürdük.
İstədiyimiz nəticəni əldə edə bilmədik, amma göstərdiyimiz performansla qürur duyuruq və növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik".
Xatırladaq ki, yığma ilk dəfə qatıldığı DÇ-də 4-cü yeri tutub.


