Dünya çempionatı: Azərbaycan milli komandası Kosovoya uduzdu

Azərbaycanın kişi basketbolçulardan ibarət yığma komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, A qrupunda mübarizə aparan kollektiv səfərdə Kosovo millisi ilə qarşılaşıb.
Seçməmiz meydandan məğlub ayrılıb - 79:81. Qrupun digər matçında lider İsveçrə İrlandiyadan üstün olub - 85:54.
Qrupa 10 xalla isveçrəlilər başçılıq edirlər, İrlandiya və Kosovonun 7, Azərbaycanın 6 xalı var.
Tahir Baxşıyevin baş məşqçisi olduğu komandamız fevralın 23-də Bakıda İrlandiya millisini qəbul edəcək.