Liqada oktyabr ayının ən yaxşı qol müəllifini PFL mükafatlandırdı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsinin qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) keçirdiyi layihənin qalibi "Şəfa"nın üzvü Nihad Quliyev mükafatlandırılıb.
Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 8-ci turun "Difai" ilə qarşılaşmasından əvvəl qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
