Pley-off mərhələsinin iştirakçısı müəyyənləşir - YENİLƏNİR
Bu gün Azərbaycan 1-ci Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Mingəçevirdə eyniadlı komanda ilə "Səbail" arasında Premyer Liqa uğrunda pley-off üçün kritik duel olacaq.
"Qəbələ" ilə həlledici matç üçün paytaxt klubunu heç-heçə də qane edirsə, "işıqçılar"a mütləq qələbə lazımdır.
Şamaxıda "Şahdağ Qusar"la üz-üzə gələcək "Baku Sportinq" də pley-off şansını saxlayır.
Xatırladaq ki, dünən reallaşan iki oyundan sonra "Difai" 2-ci Liqaya düşüb, "Şimal" isə yarışda davam etmək üçün 2-ci Liqanın 2-cisi olmuş "Qaradağ Lökbatan"la pley-off görüşü keçirəcək.
"Şəfa" isə çempionluğunu əvvəldən rəsmiləşdirdiyi üçün Premyer Liqaya vəsiqəni təmin edib.
Azərbaycan 1-ci Liqası. 27-ci tur
15:30 "Zaqatala" - "Şəfa"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu
17:00 "Şahdağ Qusar" - "Baku Sportinq"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu
17:00 "Mingəçevir" - "Səbail"
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)


