Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqada oynayacaq

Yeni mövsümün hazırlıqlarına start verən "Səbail" "Kəpəz"dən ayrılan futbolçu ilə güclənib.
"Mediasport" xəbər verir ki, 1-ci Liqada yarışacaq paytaxt təmsilçisi Premyer Liqa ilə vidalaşan Nicat Süleymanovu transfer edib.
"Dənizçilər" yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevlə anlaşmanı yeniləyərək "1+2" illik sözləşməyə qol çəkib.