Təhqiramiz ifadələr "Sumqayıt"a 5 min manata başa gəldi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 4-cü turunda qeydə alınmış neqativ hadisələr hüquqi qiymət alıb.
"Sumqayıt" klubu "İmişli" ilə səfər matçında azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5 000 manat cərimələnib.
"Şamaxı" - "Karvan-Yevlax" görüşündə isə meydan sahiblərinin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.