DÇ-2028: Yığmamız Bakıda Latviya millisi ilə üz-üzə - YENİLƏNİR

DÇ-2028: Yığmamız Bakıda Latviya millisi ilə üz-üzə - YENİLƏNİR

Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, yığmamız Bakıda Latviya komandası ilə qarşılaşacaq.

12-ci qrupun matçı Bakı İdman Sarayında baş tutacaq.

Görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Xatırladaq ki, millimiz daha əvvəl qrupda Çexiyaya səfərdə uduzub (1:2), Lənkəranda heç-heçə (2:2) edib.


DÇ-2028. Əsas mərhələ. 12-ci qrup, 3-cü tur


20:00 Azərbaycan – Latviya

Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç

Taymkiper: Hidayət Feyzullayev (Azərbaycan)

Hakim-inspektor: Ancelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)